Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sözün işığında: “Çeşmə” Ədəbi Məclisinin növbəti toplantısı

Tarix: 27-04-2026 10:58     Baxış: 323 A- / A+


“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan, onun ruhu dolaşan məkanda keçirildi. Tədbiri giriş sözü ilə məclisin sədri, AYB və AJB-nin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açaraq iştirakçıları salamladı və vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

Manevr.az xəbər verir ki, o, çıxışında qeyd etdi ki, 2026-cı ilin əvvəlindən artıq üçüncü görüş keçirilir; hava şəraiti ilə əlaqədar mart ayının son günlərində yağan leysan yağışlar səbəbindən əvvəlki yığıncaq təxirə salınmışdı. Bildirildi ki, ənənə halını alan bu görüşlərin hər ayın sonuncu istirahət günündə keçirilməsi nəzərdə tutulur. Lilpar Cəmşidqızı tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsini poeziyaya olan sevginin bariz nümunəsi kimi dəyərləndirdi.

Yığıncaqda ilk dəfə iştirak edən Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Dram Teatrının rejissoru, AYB və AJB-nin üzvü, şair Nazir Rüstəmə söz verildi. O, Aşıq Ələsgərin yaradıcılığından danışaraq, Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və şeirlərindən nümunələr səsləndirdi.

Daha sonra söz AYB-nin üzvü, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri, tanınmış şairə Əzizə Ağahüseynqızına verildi. O, iştirakçılara uğurlar arzulayaraq belə ədəbi məclislərin ədəbiyyatımıza mühüm töhfələr verəcəyinə inandığını bildirdi və şeirlərini təqdim etdi. Ardınca tanınmış tənqidçi, AYB və AJB-nin üzvü şair Xaqani Abbasəli Öztürk çıxış edərək ədəbiyyatımızdakı bəzi nöqsanlardan, sözün mədəni inkişafımızdakı rolundan bəhs etdi və şeirlərini səsləndirdi.

Sonra söz “Namiq Səfai” adına ədəbi məclisin sədri, ustad şair-qəzəlxan Ağamirzə Qailə verildi; o da öz qəzəllərindən nümunələr oxudu. Daha sonra şairlər – İldırım Əlişoğlu, məclisdə ilk dəfə iştirak edən II Qarabağ müharibəsi qazisi, şair  Qafqaz Eyvazov və şair Tofiq Quliyev çıxış edərək “Çeşmə” Ədəbi Məclisinin əhəmiyyətindən danışdılar və şeirlərini təqdim etdilər.

Maraqlı keçən şeir məclisində “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanovun dinləyici qismində iştirak etməsi şairləri daha da ruhlandırdı. Səsləndirilən şeirlərdən sonra böyük həvəslə keçən məclis uğurla başa çatdı.

Sonda “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin təşkilinə göstərilən qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını bildirdi. Növbəti görüş ümidi ilə məclis iştirakçıları tədbir yerindən ayrıldılar.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar