Xəbər lenti
Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı

Manevr.az report-a istinadla xəbər verir ki, bu barədə rayonun Məmmədli bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Həmçinin Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.
Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































