Xəbər lenti
Trampdan sonra kim prezident olacaq? - Adlar

Amerikanın “Politico” nəşri ABŞ dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində ən güclü namizədlərdən biri kimi təqdim edib.
Manevr.az xəbər verir ki, Ağ Evə yaxın mənbələr Rubionu xarici münaqişələrin həllindəki effektiv yanaşması və siyasi manevr qabiliyyətinə görə “ciddi fiqur” hesab edirlər.
Məqalədə qeyd olunur ki, hazırda vitse-prezident Ceyms Devid Vensin adı namizədlər siyahısında ön sıralarda olsa da, Rubionun reytinqi sürətlə yüksəlməkdədir.
Xatırladaq ki, bir müddət əvvəl keçmiş vitse-prezident Kamala Harrisin də 2028-ci ildə yenidən şansını sınayacağı barədə məlumatlar yayılmışdı. “The Washington Post” qəzeti isə prezident postu üçün daha bir sürpriz namizədin adını açıqlayacağını bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































