Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

8 ildir içki içməsə də, sərxoş olur - Foto

Tarix: 24-04-2026 14:10     Baxış: 325 A- / A+
8 ildir içki içməsə də, sərxoş olur - FotoABŞ-ın Florida ştatında yaşayan Mark Monciardo 2018-ci ildən etibarən spirtli içkilərdən tam imtina etsə də, mütəmadi olaraq sərxoşluq halı yaşayır.
Manevr.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Həkimlərin bildirdiyinə görə, buna səbəb nadir rast gəlinən Avtopivə sindromudur - bu zaman spirt insan orqanizmində, xüsusilə bağırsaqlarda yaranır.
Mütəxəssislərin məlumatına görə, dünyada bu cür halların sayı 100-dən azdır. Sindromun mahiyyəti bağırsaqlarda maya göbələklərinin həddindən artıq artması ilə bağlıdır: onlar qida vasitəsilə qəbul edilən karbohidrat və şəkərləri fermentləşdirərək etanola çevirir. Nəticədə çörək və ya şirniyyat kimi adi qidalar belə qanda alkoqol səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Monciardo uzun müddət bu simptomların səbəbini anlaya bilməyib.
O, yorğunluq, lənglik və diqqət dağınıqlığını müəllim və məşqçi kimi gərgin iş rejimi ilə əlaqələndirib.
Lakin zaman keçdikcə hallar daha da ağırlaşıb: nitqdə anlaşılmazlıq, koordinasiya pozuntusu və şüur bulanıqlığı müşahidə olunub.
Bu vəziyyət ciddi nəticələrə gətirib çıxarıb. Kişi işini itirib, həmçinin Nyu-York ştatı ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etmə ittihamı ilə iki dəfə məsuliyyətə cəlb olunub. Bu hallardan biri onun artıq spirtli içkilərdən imtina etməsindən sonra baş verib.
Hazırda Monciardo vəziyyətinə nəzarət etmək üçün ciddi pəhriz saxlayır və müxtəlif qidaların orqanizmə təsirini izləyir. O, avtomobil idarə etməzdən əvvəl mütəmadi olaraq qanda alkoqol səviyyəsini yoxlayır və daim alkotesterlərdən istifadə edir.
Simptomlar həftədə bir neçə dəfə davam etsə də, kompleks müalicə və həkim nəzarəti sayəsində vəziyyətində irəliləyiş müşahidə olunur.
Onun sözlərinə görə, düzgün diaqnoz qoyulması həyatına nəzarət hissini geri qaytarıb:
“Ən çətin olan qeyri-müəyyənlik idi. İndi isə planım var və irəlilədiyimi hiss edirəm”, - deyə o bildirib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar