Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
21-04-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil sektorunun müdiri işdən çıxarıldı

Tarix: 22-04-2026 21:13     Baxış: 322 A- / A+



Daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.
Manevr.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz regional Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, Dostuyev Qələmşah Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.
Xidməti araşdırmanın nəticələrinə əsasən, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar