Sizin Reklam Burada
Xəbər lenti
21-04-2026
20-04-2026
BÜTÜN XƏBƏRLƏR

Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq

Tarix: 21-04-2026 17:16     Baxış: 323 A- / A+


Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.
Manevr.az xəbər verir ki, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.
"Gənc arıçı" layihəsində iştirak etmək istəyən Yevlaxda yaşayan 18-35 yaş arası gənclər mayın 5-dək müraciətlərini IDEA İctimai Birliyinin "1113" qaynar xətti və ya elektron poçt ünvanı(info@ideacampaign.org) vasitəsilə göndərə və ya Dövlət Məşğulluq Agentliyinin Yevlax xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar