Xəbər lenti
Sumqayıtda yağışın dağıtdığı yollar asfaltlanır - Şəkillər

Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ardıcıl və sistemli işlər davam etdirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, xüsusilə son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində şəhərin bir sıra küçə və prospektlərində asfalt örtüyünün zədələnməsi, çökmələr və digər texniki problemlər qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilir. Hazırda şəhərin müxtəlif ərazilərində dağılmış və yararsız hala düşmüş asfalt örtüyünün bərpası istiqamətində cari təmir işləri aparılır, yol səthində yaranmış çökəkliklər aradan qaldırılır, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri texniki tədbirlər görülür.
Eyni zamanda həyata keçirilən işlər mərhələli şəkildə təşkil olunub və şəhərin bütün yaşayış massivlərini əhatə edəcəkdir. Təmir-bərpa prosesində prioritet olaraq daha çox zərər görmüş və intensiv istifadə olunan yol sahələrinə üstünlük verilir.
Bununla yanaşı, hava şəraitinin əlverişli olması fonunda Sumqayıt şəhərinin müxtəlif ərazilərində əsaslı asfaltlanma işlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu çərçivədə müasir standartlara cavab verən yol örtüyünün qurulması, yol infrastrukturunun keyfiyyətinin artırılması və uzunmüddətli istismar imkanlarının təmin edilməsi əsas məqsədlərdən biridir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yol infrastrukturunun davamlı inkişafına xidmət edir və bu istiqamətdə işlər davamlı xarakter daşıyır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































