Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı

Tarix: 18-04-2026 18:47     Baxış: 323 A- / A+
Səudiyyə Ərəbistanında həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüyünün alt hissəsini 3 metr yuxarı qaldırılıb.
Manevr.az xəbər verir ki, ölkənin müvafiq qurumları bu barədə məlumat yayıblar.
Açıqlamada qeyd olunub ki, işlər örtüyün aşağı hissələrinin sökülməsi, künc hissələrinin ayrılması və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənməsini əhatə edib.
Təxminən iki saat davam edən prosesin 34 mütəxəssis tərəfindən diqqətlə həyata keçirildiyi vurğulanıb.
Həmçinin bildirilib ki, bu addım hər il, xüsusilə həcc dövründə intensivləşən təvaf zamanı örtüyün zədələnməsinin və ona toxunulmasının qarşısını almaq məqsədilə həyata keçirilir.
Açıqlamada əlavə olunub ki, qaldırılan hissə bütün istiqamətlərdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtülüb və bu da zəvvarların ibadətlərini daha rahat yerinə yetirmələri üçün görülən illik tədbirlərdən biridir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar