Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Tarix: 18-04-2026 13:29     Baxış: 427 A- / A+
Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?
Dağıstan daxili işlər nazirnin keçmiş müavini, 2023-cü ilin noyabrında Federal Təhqiqat Xidməti əməkdaşlarının rüşvət ittihamı ilə həbs etdiyi azərbaycanlı Rüfət İsmayılovun adı yenidən Rusiya mediasının gündəminə gəlib.

Manevr.az
musavat.com-a istinadən xəbər verir ki, məhkəmə R.İsmayılovun bahalı saat kolleksiyası müsadirə edilib. 

Sənədlərə görə, müsadirə edilən səkkiz saatın dəyəri təxminən 4,4 milyon rubl təşkil edib. Məhkəmə əvvəllər nəzarət orqanının İsmayılovun təxminən 533 milyon rubl dəyərində əmlakının dövlət xeyrinə müsadirə edilməsi ilə bağlı iddiasını da təmin etmişdi

R.İsmayılov 1975-ci ildə Dərbənddə tanınmış hüquqşünas Hikmət İsmayılovun ailəsində anadan olub, təhsilini Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasında alıb, 1996-cı ildən daxili işlər orqanlarında xidmət edib. R.İsmayılov 2019-cu ilin dekabrında, 44 yaşında Rusiya daxili işlər nazirinin əmri ilə Dağıstan Daxili İşlər nazirinin müavini təyin edilib. 2021-ci ildə İsmayılov "Dağıstan Respublikasına xidmətə görə" ordeni ilə təltif edilib. Onun 7 uşağı var.

Məlumatlara görə, sabiq nazir müavini birmənalı olaraq rüvşət ittihamlarını rədd edir. O yenicə həbs ediləndə yaxın dostları onun ev dustaqlığına buraxılması üçün yüksək məğləğ-5 milyon rubl təklif etmişdilər. İstintaq Komitəsi isə onun həbsdə qalmamasında israr edib. İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, R.İsmayılovun Azərbaycanla əlaqələri və burda daşınmaz əmlakları var: "Əgər azadlığa buraxılsa və hərəkətlərinin ciddiliyindən xəbərdar olsa, o, ekstradisiyanın mümkün olmadığı ölkələr də daxil olmaqla, qaça bilər". 

Öz növbəsində, İsmayılovun vəkili Sergey Bulayev də bu arqumentləri əsassız adlandırmışdı. 

Qeyd edək ki, bu iş üzrə Dalqat Abdulqapurov və daha altı nəfər həbs edilib. Əbdülqapurovun özü də, R.İsmayılov kimi ittihamları rədd edir.

Bu iş üzrə məhkəmə ötən ilin sonunda başlayıb. Moskvanın Perovski rayon məhkəməsində başlayan prosesdə təqsirləndirilən şəxslərin əksəriyyəti günahlarını etiraf etsə də, İsmayılov "vicdansız iş adamlarının böhtanın qurbanı olduğunu” iddia edir. Dəymiş ziyanın təqsirləndirilən şəxslərə məxsus müsadirə olunmuş aktivlər hesabına ödənilməsi planlaşdırılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar