Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Göy üzü başımızın üstündən asılmış divar", "Kölgəsindən ötrü darıxan adam" - Cavidin və Aydanın şeiri

Tarix: 18-04-2026 20:26     Baxış: 493 A- / A+

Cavid Fərzəli


Mənim hansımız qəddarıq? sualıma, Aydan Abdullayeva kölgəsiz ahları ilə belə bir güzgü tutdu. Bəzən bir sualın cavabı həm də yeni bir fəlsəfə açarı olur...

Söylə, hansımız qəddarıq?
Əlini qana batırmadan ağacların başını kəsən günəşmi,
yoxsa əli qan içində kor bir kölgə?

Göy üzü başımızın üstündən asılmış divar.
Bu divar içində min bir sancıyla işıq təki yanmaqmı,
yoxsa Tanrını qarğıyıb barmaqlarını havadan asmaq?

Yaxşı günün gəlməyəcəyini bilə-bilə
gözlərini bir çağa yuxuda çürütməkmi,
yoxsa səhərin yoluna bir ağac əkib
qaralmış kölgələrin əlindən tutmaq?

İndi de, hansı daha ağır günahdır;
gözləməkdən şəkillərinin ürəyi saralmış pəncərəni uçurmaq,
yoxsa o pəncərədən boy atıb
həsrətlə ağlayana göz yummaq?

De, hansı sabah daha parlaqdır–
qaranlığın sərxoşluğu olan sübh,
yoxsa səhərin ürəyinə qatılan zəhər?..



Aydan Abdullayeva


Günəşdən ötrü darıxan adam
Kor sabahlar böyüdür gözlərində...
Əli əsalı sabah...
Əlləri əsir sabahın...
Gecənin qucağında yenə dil açıb kiminsə günahı!
Yenə günahından boy atır kimsə...

 Evindən ötrü darıxan adam
Baxır öz üzünün kölgəsində uçan quşlara!
Baxır ayaq açıb ürəyindən qaçan qışlara...
Nə deyir evlər günəşin üzündəki o səhər qırışlara?!

 Kölgəsindən ötrü darıxan adam
Nə bilsin ki çəkdiyi ahın da kölgəsi yoxdu?
Üzündə göy üzü bitən günahın da!
Qapqara yağışlar da, sənin taleyin!
Qorumur günəşin uşaq vaxtını!
Sabahından yıxılır taleyin...

 Qurudu budaqları şəklinin!
Əsdi küləkləri günahının üzünə...
Heç taleyin də baxmırsa üzünə,
Güzgülərdən küsmə!
Güzgülər göy üzü deyil axı,
sinəsində sənə sabah böyüdə...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar