Xəbər lenti
ABŞ-də 8 uşağı öldürən şəxs hərbçi olub

ABŞ-nin Luiziana ştatında uşaqlara atəş açan şəxsin 31 yaşlı keçmiş hərbçi olduğu bildirilib.
"New York Post" nəşri onun Şamar Elkins adlı şəxs olduğunu yazıb. Bildirilir ki, ölənlər arasında onun öz uşaqlarının da olması ehtimal edilir, lakin polis hələlik kimlərin həlak olduğunu dəqiqləşdirməyib.
"Daily Mail" qəzeti isə qeyd edib ki, şübhəlinin sosial şəbəkə profilində uşaqlarla çoxsaylı fotoları, eləcə də Allaha müraciət etdiyi paylaşımlar yer alıb. Həmin paylaşımlarda o, “ağlının və emosiyalarının qorunması” üçün dua edib.
Məlumata görə, Şamar Elkins polis təqibi zamanı zərərsizləşdirilib. Hadisənin motivləri araşdırılır.
Qeyd edək ki, daha əvvəl Luizianada baş verən atışma nəticəsində səkkiz uşağın həyatını itirdiyi bildirilmişdi. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































