Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Şəkil

Tarix: 20-04-2026 21:59     Baxış: 428 A- / A+
Ölkə ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır.

AQTA-i xəbər verir ki, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar