Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
21-04-2026
BÜTÜN XƏBƏRLƏR

Onlar getdi, Pənahov qaldı – MSK-nın yeni rəhbəri kim olacaq?

Tarix: 22-04-2026 21:44     Baxış: 333 A- / A+
Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatır. Hazırkı tərkib 2021-ci ilin aprelində Milli Məclis tərəfindən təsdiq edilib.

Qanunvericiliyə görə, 18 üzvdən ibarət olan seçki qurumunun tərkibi 5 ildən bir yenilənməlidir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatları təmsil edən nümayəndələrdir.
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edəcək yeni namizədlərin Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tərəfindən təqdim edilən siyahıya əsasən, aşağıdakı şəxslər MSK-nın əsas üzvlüyünə namizəd göstərilib: Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayeva. Əvəzedici üzv kimi isə Elnarə Mustafayevanin namizədliyi təqdim olunub.

Qeyd edək ki, hakim partiyanın MSK-dakı tərkibi əsaslı şəkildə yenilənib. Belə ki, səlahiyyət müddətini başa vuran tərkibdə Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, əvəzedici üzv isə Surəddin Hümbətov olub. Beləliklə yeni tərkibdə Şaitdin Əliyev, Validə Kazımova yer almayıb, onları Elmar Məmmədov və Sevinc Abdullayeva əvəzləyib. YAP-ın MSK-dakı əvəzedici üzvü də dəyişib – Elnarə Mustafayeva Surəddin Hümbətovu əvəzləyib.
Maraqlı məqamlardan biri odur ki, hakim partiya martın 13-də 75 illik yubileyini qeyd etmiş Məzahir Pənahovu yenə əsas seçki qurumuna göndərib. Pənahov 2000-ci ildən MSK-nın üzvü və sədridir, gözləntilərin əksinə, bu il onun seçki sistemindəki 26 illik fəaliyyəti başa çatmır. YAP qurumdakı 3 təmsilçisini yeniləsə də, onun adını ilk sırada Milli Məclisə göndərib.


Gözləntilərə gəlincə, kuluarlarda dolaşan xəbərlərdə Məzahir Pənahovun təqaüdə getmək arzusunda olduğu, onu MSK sədri postunda iqtidar partiyasının digər təmsilçisi Rövzət Qasımovun əvəzləyəcəyi bildirilirdi. Bu dəyişkiliyin artıq baş verməyəcəyini iddia etmək doğru olmaz, MSK-nın yeni tərkibi formalaşarkən Məzahir Pənahovun sədr olub-olmayacağı məlum olacaq, amma dəqiqdir ki, o, mərkəzi seçki qurumunun üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Bundan başqa Pənahovun uzun müddət medianın gündəmində olan ailə qalmaqalının onun karyerasının sonunu yaxınlaşdırdığı barədə versiyalar səslənirdi.
Xatırladaq ki, MSK sədrinin oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi bu il martın 31-də başa çatıb. Ali Məhkəmə Pənahovun şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. azpolitik.info 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar