Xəbər lenti
Rusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb
Rusiyanın Kemerovo vilayətində polis əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən qadına məhkəmə hökm oxuyub.Bu barədə Mariinski Şəhər Məhkəməsindən məlumat verilib.
Hadisə qəribə səbəbdən baş verib: sərxoş vəziyyətdə olan qadın manikürünün korlanmasını əsas gətirərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib.
Məhkəmənin məlumatına görə, beş nəfərlik dost qrupu ad günü məclisində spirtli içki qəbul etdikdən sonra şənliyi saunada davam etdirmək qərarına gəlib. Dostlardan biri sərxoş vəziyyətdə sükan arxasına keçib, lakin nəqliyyat vasitəsi Dövlət Yol Müfəttişliyinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü saxlanılan zaman arxa oturacağa keçərək məsuliyyətdən yayınmağa çalışsa da, polis əməkdaşları qapıları açaraq onu maşından çıxarıblar və avtomobildəki digər sərnişinlərdən də düşmələrini tələb ediblər.
Bu zaman qadın qırılmış dırnağını görüb aqressivləşib, söyüş söyməyə başlayıb. O, manikürünün korlanmasına görə polislərdən təzminat tələb edərək onlara bir neçə dəfə zərbə endirib.
Qalmaqal yaradan qadına qarşı cinayət işi başlanıb və məhkəmə ona 15 000 rubl (təxminən 342 manat) məbləğində cərimə cəzası kəsib. Sərxoş sürücünün işi isə ayrıca icraata götürülüb. oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































