Xəbər lenti
İmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir

Əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.
Memar olmağı qarşısına məqsəd qoyan Burlaxatun artıq 9-cu sinif buraxılış imtahanlarında yüksək potensialını nümayiş etdirərək 297 bal toplamışdı. O, bu il 11-ci sinif buraxılış imtahanında daha böyük uğura imza ataraq mümkün olan maksimum balı - 300 balı toplayıb.
Əkiz bacısı Banuçiçək isə hüquq sahəsini seçib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almaq istəyən Banuçiçək bu imtahanda 266 bal toplayıb. O, gələcəkdə peşəkar hüquqşünas kimi insanların hüquqlarını qorumağı və ədalətin bərqərar olunmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, builki 11-ci siniflərin buraxılış imtahanında yüksək bilik nümayiş etdirən doqquz abituriyent 300 bal toplayaraq maksimum nəticə göstərib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































