Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara satılır

Tarix: 26-04-2026 20:30     Baxış: 426 A- / A+
Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara satılır
Dünyanın ən nadir metalı süni şəkildə yaradılan kalifornium hesab olunur. Təbii metallar arasında isə ən nadir metal osmium sayılır.
Manevr.az xəbər verir ki, bu barədə Yeni Materiallar və Texnologiyalar üzrə Milli Texnologiya Təşəbbüsünün eksperti Yevgeni Vişnevski RİA Novosti-yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, əgər bütün metallar, o cümlədən insan əli ilə sintez edilənlər nəzərə alınarsa, Kalifornium nadirlik üzrə mütləq rekorda malikdir: "Amma yerin dərinliklərindən çıxarıla bilən təbii və sabit metallar arasında osmium ən nadir metal olaraq qalır".
Ekspert onu da qeyd edib ki, kaliforniuma təbiətdə rast gəlmək mümkün deyil çünki onu yalnız süni şəkildə nüvə reaktorlarında yaradırlar. Bu metalı yalnız Rusiya və ABŞ istehsal edir. İstehsal həcmləri texnoloji prosesin mürəkkəbliyinə görə kiloqram və ya tonla deyil, sözün əsl mənasında dənələrlə ölçülür. Yəni onun həcmi olduqca kiçik olur.
Metalın nadirliyi onun dəyərinə birbaşa təsir göstərir: kaliforniumun qramı on milyonlarla dollara başa gələ bilir. Ondan həmçinin nüvə tibbində, xüsusən də şüa terapiyasında və material tədqiqatlarında istifadə olunur.
Nadir təbii metala gəldikdə isə Vişnevski bildirib ki, osmium Cənubi Afrika, Rusiya, ABŞ, Kanada və Qazaxıstanda əldə olunur. Onun yer qabığındakı miqdarı olduqca aşağı olur - təxminən milyonda 0,001 hissə. Buna görə də hətta bir ton qayada belə metalın miqdarı bir qum dənəsinin kütləsindən az olur.
Onun sözlərinə görə, osmiumun qiyməti saflığından və izotopundan asılı olaraq qram üçün 1500 dollardan 10.000 dollara qədər dəyişə bilər. Metal və onun ərintiləri reaktiv mühərriklər, kosmik gəmilər üçün komponentlər, eləcə də yüksək dəqiqlikli cərrahi alətlər üçün istifadə olunur.(Publika.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar