Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Ürəyim qan ağlayır" - 14 yaşlı qızın anası danışdı

Tarix: 30-04-2026 16:55     Baxış: 325 A- / A+
Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib. 
Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.
 
Manevr.az xəbər verir ki, news24.az məsələ ilə bağlı 2012-ci il təvəllüdlü qızın anası ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, qız evdən qaçıbmış: "Mənim ürəyim qan ağlayır. Bu uşaq dəfələrlə evdən qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkət təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim, tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm”.
 
Anasının dediyinə görə, qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub. Amma qızı dinləməyib: “Dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?! Mənim başqa uşaqlarım da var, amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir”.
 
Yeniyetmənin anası qızının günahlandıranlara da səslənib: “Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər?! Mən artıq heç nə demirəm, özünüz görürsünüz”.
 
Qeyd edək ki, yeniyetmə T. B. bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanılmışdı.
 
Daha öncə bloger Nail Kəmərlinin həmin yeniyetmə ilə söhbətinin videonusu yayımlamışdı. Həmin videodan sonra qız gözəlliyinə görə populyarlaşmışdı.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar