Rusiyanın Ulyanovsk vilayətinin Novospasski rayonu prokurorunun iddiası əsasında məhkəmə 50 yaşlı Azərbaycan vətəndaşı ilə 62 yaşlı yerli qadın arasında bağlanmış nikahı etibarsız hesab edib.
Manevr.az-ın yerli mediaya istinadla məlumatına görə, Novospasski rayonu prokurorluğu miqrasiya qanunvericiliyinə əməl olunmasının yoxlanılması zamanı müəyyən edib ki, 2024-cü ilin iyun ayında əcnəbi şəxs Rusiya vətəndaşı ilə nikaha daxil olmaqla kvota nəzərə alınmadan Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi almaq üçün müraciət etmək hüququ əldə edib.
Lakin aparılan yoxlama göstərib ki, “ər-arvad” faktiki olaraq birlikdə yaşamayıb, ortaq uşaqları olmayıb və ümumi təsərrüfat aparmayıblar. Bildirilib ki, bu saxta nikahın əsas məqsədi miqrantın güzəştli qaydada Rusiya vətəndaşlığını əldə etməsi olub. Məhkəmə prokurorun arqumentləri ilə razılaşıb və nikahla bağlı akt qeydiyyatı məhkəmə qərarı ilə ləğv edilib.lent.az
Xəbər lenti
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































