Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yapon alimləri ürəyin qocalmasını ləngitməyin yolunu tapıblar

Tarix: 01-05-2026 08:56     Baxış: 324 A- / A+
Yapon alimləri müəyyən ediblər ki, mitorubin adlı birləşmə ürəyin funksiyasının yaşla bağlı zəifləməsini ləngidə və hətta onu qismən bərpa edə bilər.

Bu barədə “RİA Novosti“ agentliyi Qakusyuin Universitetinin professoru Siqeru Yanaqiyə istinadla məlumat yayıb.

Tədqiqatçılar təbii birləşmə olan berberin əsasında yaradılmış eksperimental maddə olan mitorubinin təsirini araşdırıblar. Berberin tibdə istifadə olunur və zirinc, qızılçətir, Amur məxməri kimi bəzi bitkilərin tərkibində mövcuddur. Preparatın hüceyrə energetikasına təsirini anlamaq üçün onun təsiri siçan hüceyrələri üzərində sınaqdan keçirilib.
Alimlərin sözlərinə görə, yaş artdıqca mitoxondrilərin sayı azalır, onların funksiyaları zəifləyir və bu, ürək əzələsinin vəziyyətinə mənfi təsir göstərir. Araşdırma göstərib ki, mitorubin mitoxondrilərin “keyfiyyət nəzarəti”nə cavabdeh olan MITOL molekullarının səviyyəsini artırır və onların sayının çoxalmasına şərait yaradır.

Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti güclənir ki, bu da eksperimentin nəticələrinə əsasən, ürəyin fəaliyyətinin yaşla bağlı pisləşməsini ləngitməyə və hətta onun funksiyalarını qismən bərpa etməyə kömək edir.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan tədqiqatlar zamanı əldə olunub. Metodun insanlar üçün effektivliyi və təhlükəsizliyinin təsdiqlənməsi məqsədilə əlavə araşdırmalara ehtiyac var.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, mitoxondrilərin fəaliyyətinin azalması yaşla bağlı bir çox xəstəliklərin əsasını təşkil edir və mitorubinin daha ətraflı öyrənilməsi ürək-damar pozğunluqlarının müalicəsi üçün yeni yanaşmaların hazırlanmasını sürətləndirə bilər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar