Xəbər lenti
Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb.
Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb.
Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Ağır xəsarət alan həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.
A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































