Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən dəniz terminalı mayın 1-nə keçən gecə yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
"Unian"ın məlumatına görə, hücum nəticəsində ərazidə yanğın baş verib.
Hadisəni yerli hakimiyyət orqanları təsdiqləyib və bildirilib ki, insident zamanı xəsarət alan olmayıb. Qeyd olunur ki, bu, son iki həftə ərzində Ukrayna dronlarının həmin limana dördüncü hücumudur.
Qeyd edək ki, bir neçə gün öncə Tuapsedə neft emalı zavodunda da iri yanğın baş vermişdir. Bu yanğının Ukrayna dronlarının üç zərbəsindən sonra yarandığı vurğulanır.
Yerli hakimiyyət orqanları vəziyyəti “ekoloji fəlakət” kimi qiymətləndirib, ərazidə “neft yağışları” müşahidə olunub və dənizdə neft ləkəsi yaranıb.
Xəbər lenti
Tuapsedə dəniz terminalına yenidən dron hücumu edilib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































