Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Ağrıyan ürəyimə dəfn etdim səni"

Tarix: 01-05-2026 14:10     Baxış: 451 A- / A+
(Atam Eldar Xələfovun əziz xatirəsinə)

Həsrət ruhu pərişan edən ən ağır duyğudur. Sən demə, insanı darıxmaq öldürür. Görmək istəyirsən, səsini eşitmək, nəfəsini duymaq istəyirsən, amma araya ayrılıq girir. Qəribədir, insan doğulur ki, sonda ölümü qucaqlasın.
Darıxıram sənin üçün, ata. Elə darıxıram ki, ruhum canımda pərişan dolaşır. Hər səhər “sabahın xeyir, qızım” sözlərinə həsrət qalmışam. Pəncərənin qabağında oturub yolumu gözləməyin , məni görəndə uşaq kimi sevinməyin,  qapını tələsik açıb boynuma sarılmağın üçün darıxmışam.
Səninlə dərdləşirdim, hər sözümü sənə deyirdim.  Məsləhət yerim, dərd ortağım, ən etibarlı dostum idin, ata.
26 dekabr 2025- ci il...
Qucağımda gözlərini əbədiyyətə yumdun. O an heç nə dərk edə bilmirdim. Dünya susdu,  yalnız ölüm  danışdı. Elə danışdı ki, canım yandı. Mən isə acı həqiqətlə barışmaq istəmirdim - üstünü örtürdüm, üşüməyəsən , ayaqlarını ovurdum , qan bədənində dolaşsın. Qardaşım təcili yardım gələnə qədər ürəyinə masaj edir, süni nəfəs verirdi. “Ata” deyə fəryadımız hələ də qulağımdadır, sanki zaman orada dayanıb.
 İndi səni görmək üçün məzarlığa gedirəm. O torpaq çox soyuqdur, ata. Əllərim donur. Səsimə səs verən olmur. Səsim yetdikcə, bütün varlığımla “ata” deyə hayqırmaq istəyirəm. Bəlkə o zaman bu ağrı bir az səngiyər, amma səngimir.
Ürəyimdə ağrı var, keçmir. Yaralı qəlbim qaysaq bağlamır. Həsrət var, canımı yandırır. Sən mənim ürəyimin ağrıyan, sızıldayan yerindəsən. Darıxdığım an nəfəsimə qarışırsan. Hər “ata” deyəndə sanki ruhum göyə uzanır.
Mən səni torpağa yox, göz yaşlarıma tapşırmışam. Onlar qurumur, ata.
Və bilirəm, bir gün o isti qucağına yenə sığınacağam. O günə qədər isə çox darıxacağam.

Mənsurə Xələfbəyli
yazıçı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar