Xəbər lenti
İlqar Əliyev həbsdə vəfat etdi

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.
Manevr.az xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O, 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı.
Xatırladaq ki, İ.Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.“qafqazinfo”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)

.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































