Xəbər lenti
Meyxanaçı sevgilisinin müdafiəsinə qalxdı: "Qüruru ilə oynamayın, o, KİŞİDİR"
Cütlük efirdə birgə qonaq olublar. Afət meyxanaçı sevgilisinin müdafiəsinə qalxıb.
Buna səbəb kimi o bəzi məkan sahiblərinin söz ustasının qüruru ilə oynanmasını əsas gətirib:
"Bəzi tanınmış restoranlar deyir ki, gəl burada oxu, sənə üzük alacaq, reklam edəcəyik. Mən bütün verilişlərə qadağa qoyuram - şəxsi həyatımızdan danışmasınlar. Ancaq cütlük kimi birlikdə efirə çıxa bilərik, ifa edib çıxacağıq. İki gündür əsəblərim tar-mar olub. Gecə saat 3-də dostu zəng edib ki, Fərhadın vəziyyəti yaxşı deyil. Ağlaya-ağlaya onu ziyarətgaha aparmışam. Sakitləşəndən sonra üzü ap-boz olmuşdu. Elə sözlər var ki, mənə deyə bilmir, çünki o kişi xeylağıdır. Qüruruna toxunan məqamlar olur. Şəxsi həyatımla bağlı heç vaxt savaş aparmamışam. Bütün çətinliklərdən komandamla birlikdə ayağa qalxmışam. Mən evlilik yolundan çəkilməyəcəyəm. O məni atsın da, mən onu atmayacağam. Aramızda yaş fərqini hiss etmirik. O qazancını mənimlə yarı bölür. Gecə 3-də gedib onun könlü xoş olsun deyə mahnı yazdırmışam. Fərhad sakit adamdır, fikrini ifadə edə bilmir. Ona görə də mənə nə demək istəyən varsa, birbaşa özümə zəng etsin, cavabını verəcəyəm. Fərhadın atası, qardaşları onu mənə əmanət edib. Mən söz vermişəm". musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































