Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
BÜTÜN XƏBƏRLƏR

Əsgərin ölümünə görə saxlanılan komandir sərbəst buraxıldı

Tarix: 28-11-2025 12:32     Baxış: 318 A- / A+
Əsgərin ölümünə görə saxlanılan komandir sərbəst buraxıldıDövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov hissə komandiri, kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından 15 noyabr 2025-ci il tarixdə özünü öldürüb.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub, o, əvvəlcə tutulub saxlanılıb, sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.
Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevi azadlığa buraxıb.
Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurub, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.
Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar