Xəbər lenti
Akademik Tofiq İsmayılovun oğluna hökm oxundu
Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.Manevr.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Səbinə İsmayılovaya cəza təyin edilməyib.
Təqsirləndirilən şəxslər 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































