Sizin Reklam Burada
Xəbər lenti
26-11-2025
25-11-2025
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan Zəngəzur dəhlizindən belə istifadə edəcək

Tarix: 26-11-2025 17:40     Baxış: 336 A- / A+


Özbəkistan Zəngəzur dəhlizindən strateji əhəmiyyətli yüklərin daşınması üçün istifadə etməyi planlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə report-a açıqlamasında Özbəkistan Dəmir Yolları SC-nin İdarə Heyəti sədrinin birinci müavini Hikmatulla Rahmetov bildirib.
"Gələcəkdə Zəngəzur dəhlizi fəaliyyətə başlayanda Özbəkistan onu həm ölkədən, həm də ölkəyə, eləcə də qonşu dövlətlərə strateji əhəmiyyətli yüklərin daşınması üçün nəzərdən keçirəcək", - o deyib.
H.Rahmetov qeyd edib ki, bu gün Azərbaycanla əməkdaşlıq intensiv şəkildə inkişaf edir, yük daşımalarının həcmi artır və demək olar ki, bütün növ yüklər daşınır. Azərbaycan və Gürcüstan vasitəsilə nəqliyyat dəhlizləri inkişaf edir.
"Azərbaycanın Orta Dəhlizdəki potensialı hamıya məlumdur. Azərbaycan həm Avropaya, həm də Cənubi və Şimali Amerikaya qədər, eləcə də əks istiqamətdə Mərkəzi Asiya ölkələrinə tranzit dəhlizi təqdim edir. Azərbaycan Dəmir Yolları bizə güclü dəstək göstərir", - o vurğulayıb.
H.Rahmetov əlavə edib ki, Bakıda MDB Dəmir Yolları Nəqliyyatı Şurasının 83-cü iclasında tərəflər sıx əməkdaşlığı və tərəfdaşlığı təsdiqləyiblər. O, yeni Ələt limanı ilə işləməkdə Özbəkistandan olan həmkarlara göstərilən köməyə görə Azərbaycana təşəkkür edib və iki ölkənin liderlərinin Orta Dəhlizin inkişafına dəstəyi sayəsində əlaqələrin və əməkdaşlığın yalnız möhkəmlənəcəyini vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın tranzit potensialını artırmağa, Özbəkistanın ixrac və idxal yüklərini, eləcə də qonşu ölkələrin - Qırğızıstan, Tacikistan və Əfqanıstanın yük axınını genişləndirməyə imkan verəcək. Dəhliz tranzit dəyərini azaltmaq üçün əlavə imkanlar yaradacaq və Orta Dəhliz vasitəsilə beynəlxalq daşımaların inkişafı yolunda mühüm təkan olacaq.
"Neft məhsulları və kimyəvi gübrələr kimi strateji əhəmiyyətli yüklərə gəlincə, bu gün Özbəkistan artıq bu məhsulları Azərbaycan ərazisi vasitəsilə Avropaya ixrac edir. Bu yüklər tərəfdaş ölkələrin ərzaq və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir və onların Azərbaycan vasitəsilə daşınması prioritet hesab olunur", - H.Rahmetov deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar