Sizin Reklam Burada
Xəbər lenti
25-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib

Tarix: 26-11-2025 13:24     Baxış: 323 A- / A+
“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qarabağa kitab hədiyyə edək” layihəsi həyata keçirilib. Layihə işğaldan azad edilmiş ərazilərdəki məktəblər və Qarabağ Universitetinin kitabxanalarının zənginləşdirilməsinə yönəlib.
Manevr.az xəbər verir ki, layihə çərçivəsində Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Abşeron RİH-in əməkdaşı, Vətən Müharibəsi şəhidi Saxavət Abbasovun anası Maisə Abbasova, RİH könüllüləri, eləcə də vətən müharibəsi iştirakçısı və hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti Qarabağ bölgəsinə səfər edib.
Nümayəndə heyəti Xocalı şəhəri 1 nömrəli, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli tam orta məktəblərində, həmçinin Qarabağ Universitetində olaraq şagird və tələbələrə dünya və yerli müəlliflərin əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Səfər zamanı nümayəndələr bir neçə sinif otağında olaraq şagirdlərlə söhbət edib, onların təhsil şəraiti ilə maraqlanıb və xatirə fotoları çəkdiriblər.
Görüşlərdə çıxış edən G.Rəhimova və S.Orucova vurğulayıblar ki, layihə Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyət siyasətinin davamı olmaqla, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ‘Böyük Qayıdış’ proqramının hədəflərinə tam uyğun icra olunur.
Çıxışlarda həmçinin qeyd edilib ki, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrin ruhunu əks etdirir və Qarabağda gənclərin maariflənməsinə mühüm töhfə verir.
Səfərin sonunda məktəb rəhbərləri və Qarabağ Universitetinin nümayəndələri təşəbbüsə görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, təqdim olunan kitablar regionun təhsil mühitinin inkişafına mühüm töhfə verəcək və gənclərin elmi-mədəni dünyasının formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, səfər zamanı 3 000 kitab sözügedən universitet və məktəblərin kitabxanalarına təqdim edilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar