Sizin Reklam Burada
Xəbər lenti
24-11-2025
23-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev vəkildən imtina etdi

Tarix: 24-11-2025 19:53     Baxış: 331 A- / A+
Ramiz Mehdiyevdən yeni XƏBƏR VARİttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. 
Manevr.az xəbər verir ki, “boz kardinal” bu qərarı şəxsi istəyi ilə verib.
Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.
Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.
Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyi məktub üzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraq geri çəkib.
Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar