Xəbər lenti
Mingəçevirdə öldürülən şagirdlə bağlı yeni məlumat
Dünən Mingəçevirdə iki şagird arasında baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.
O, yalnız 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Elman ailədə iki qardaşdan biri olub.
Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir.
Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























