Rusiyanın bir neçə gün əvvəl Ukraynanın Ternopol bölgəsində hücumunda ölənlərin sayı 32 nəfərə çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Ukraynanın fövqəladə hallar nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarına olan məlumata əsasən, Ternopolda həlak olanların sayı 32 nəfərə çatıb və onların arasında 6 uşaq var. 94 nəfər xəsarət alıb, onlardan isə 18 nəfəri uşaqlardır. 7 nəfər isə itkin düşmüş hesab olunur”, - Ukrayna fövqəladə hallar nazirliyi bildirib.
Əlavə edilib ki, nazirlik əməkdaşları fasiləsiz olaraq xilasetmə tədbirlərini həyata keçirir.
Xatırladaq ki, Rusiya ordusu noyabrın 19-da Ternopolda yerləşən yaşayış binasına hücum edib.
Çoxmərtəbəli binanın 3-dən 9-cu mərtəbəyə qədər olan hissəsi dağılıb.
Xəbər lenti
Rusiyanın Ternopola hücumunda ölənlərin sayı 32 nəfərə çatıb

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























