Sizin Reklam Burada
Xəbər lenti
22-11-2025
21-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda erməni nümayəndələrlə görüş keçirildi

Tarix: 22-11-2025 18:10     Baxış: 438 A- / A+


Bakıda erməni nümayəndələrlə görüş keçirildi
21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Manevr.az xəbər verir ki, səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər. 
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub. 
Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub. 
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırıb.
Bakıda erməni nümayəndələrlə görüş keçirildiBakıda erməni nümayəndələrlə görüş keçirildi




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar