Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən xəbər var.
Manevr.az gununsesi.info-ya istinadla bildirir ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.
Amma dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.
İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nın İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Mehdiyev dövlət çevlişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə cinayətinə ittiham olunur.
Xəbər lenti
Ramiz Mehdiyevin vəziyyəti pisləşdi, təcili yardım çağırıldı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























