Sizin Reklam Burada
Xəbər lenti
21-11-2025
20-11-2025
BÜTÜN XƏBƏRLƏR

"Bağlı Qapılar" - Yurd həsrətinin səssiz açarının işığında - FOTO

Tarix: 21-11-2025 20:09     Baxış: 353 A- / A+
Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist, "Borçalı" İB həmtəsisçisi Şərif Kərimlinin "Bağlı Qapılar"adlı tədbiri keçirildi.
"Bağlı Qapılar"-bu ifadə tədbirin mahiyyətini tam şəkildə əks etdirirdi.İllərin toz basmış yaddaşını silkələyən, torpaq qoxusunu uzaqlardan gətirən, yurd həsrətinin köhnə yaralarını səssizcə oxşayan bir görüş idi.
Sərif Kərimli bir zamanlar ona dərs deyən,yollarına işıq tutan müəllimləri və Baydarın tanınmış peşə sahibləri ilə görüşünü videolentin yaddaşına köçürüb gözəl bir iş ərsəyə gətirmişdir.
Saçlarına duman çökmüş, amma gözlərində cığır-cığır xatirə işığı yanan o insanlara "mən sizi unutmadım" -deyən bir pıçıltının nidası idi bu görüş... Görüşün məqsədi yalnız xatirələri bölüşmək deyil, həm də unudulmuş həyətlərin, susmuş ocaqların, bağlı qapıların arxasında gizlənmiş böyük bir yaddaşın işığını yenidən alovlandırmaq idi."Bağlı qapı"ifadəsi təkcə fiziki məkan deyil, bir ömrün qürbət nisgilinn, intizarının təzahürü idi.
İllərdi Borçalıya gedən quru yolların bağlı olması tək yurd tək yurd yerlərində qalnların deyil,ondan uzaqda yaşayanların da ağrı -acısına çevrilmişdi.Şərif müəllimin də qismətinə bu həsrətdən pay düşmüşdü.Bakıda yaşasa da, Borçalı onun üçün bir coğrafiya yox,bir nəfəs,bir yaddaş ,bir kimlik idi.Müəllimləri danışır...Şərif Kərimli xatirələrin ağuşunda o günlərə dönür...sanki illər əvvəl sinifdə parta arxasında bir uşaq boylanır, gözlərində hekayə axtaran parıltı,ürəyində yazıya meyl edən bir səs...Borçalıdan nə qədər uzaq da olsa da, onu həmişə yurda haraylan, yaddaşını diri tutan, tıkanlı sədləri belə qırıb keçən əsrlərin şahidi o kənddə gecələməyi səadət sayan o səs!O səs Borçalının səsidi,qədim ulusun səsidir!
Sanki yurd dilə gəlir:"BİZ QAPILARI BAĞLAMADIQ...O QAPILAR SİZİ GÖZLƏYİR 
   
Nigar Qaybalıyeva
AJB üzvü






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar