Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda da bu gün qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkmişlərin qorunması və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlər keçirilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların məişəa zorakılığı ilə bağlı müraciətlərini qəbul edir, zərərçəkmişlər üçün sığınacaqlar və dəstək mexanizmləri fəaliyyət göstərir.
Bəs, zorakılıqla bağlı ölkəmizdə statistika necədir və mübarizə məqsədi ilə hansı tədbirlər həyata keçirilir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş mütəxəssisi Rahil Süleymanzadə açıqlamasında bildirib ki, hər il məişət zorakılığı ilə bağlı təxminən 600-ə yaxın müraciət daxil olur.
"Komitə tərəfindən müraciətlərə baxılır, daxil olan hər bir müraciət nəzarətə götürülür və müraciət edənlərə dəstək olmaq üçün dövlət orqanları arasında əlaqələndirmə tədbirləri həyata keçirilir.
Xəbər lenti
Məişət zorakılığı üzrə ən çox müraciət bu rayonlardan gəlib

Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 10 ayı ərzində 474 müraciət daxil olub. Ən çox müraciət Oktyabr ayında qeydə alınıb. Belə ki, ötən ay məişət zorakılığı ilə bağlı Komitəyə 72 müraciət daxil olub. Bu müraciətlərin 459-u qadınlar tərəfindən edilib.
Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub", - o əlavə edib.
Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub", - o əlavə edib.
Komitə rəsmisi bildirib ki, məişət zorakılığı ilə mübarizə məqsədilə 2025-ci ildə bir sıra layihələr hazırlanıb:
"2024-2025-ci illər ərzində Məişət zorakılığı haqqında Qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. 2025-ci ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni layihələr də hazırlanıb. Zərəçəkmiş şəxslərə uzunmüddətli mühafizə orderi verilməsi ilə əlaqədar onların dövlət rüsumundan azad olunması, eyni zamanda, mühafizə orderlərinin Daxili İşlər Nazirliyi tərəfindən də verilməsi, məişət zorakılığı faktlarının kriminallaşdırılması ilə bağlı yeni layihələrin hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 2025-ci ilin 10 ayı ərzində 474 müraciətin 134-ü psixi, 302-si fiziki, 28-i iqtisadi, 10-u isə cinsi zorakılıqla bağlı olub.
Məişət zorakılığının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, zərərçəkmiş qadınların sığınacaqlara yerləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi və zorakılıq törədən şəxslərlə tərbiyələndirici-qabaqlayıcı tədbirlərin görülməsi məsələləri də gündəmdədir".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar