Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
26-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Tarix: 27-11-2025 16:26     Baxış: 336 A- / A+
Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?Yanğın təhlükəsizliyi tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə əsasən, fiziki şəxslər üçün 200–500 manat, vəzifəli və hüquqi şəxslər üçün isə daha yüksək məbləğdə cərimələrlə nəticələnir. Tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi də 200 manatdan 3000 manatadək cərimə ilə cəzalandırılır. Bu məsuliyyət hadisə baş vermədən əvvəl aşkar edilən pozuntulara şamil olunur.
Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov son son günlər baş verən yanğınlarla bağlı deyib.
Onun sözlərinə görə, qanunvericilik belə hallarla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur:
“Əgər qayda pozuntusu yanğına səbəb olubsa və nəticədə insanların sağlamlığına az ağır və ya ağır zərər dəyibsə, Cinayət Məcəlləsinin 225-ci maddəsi işə düşür. Maddəyə əsasən, yanğın təhlükəsizliyi tələblərini pozan məsul şəxslər 2000-4000 manat cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hadisə ehtiyatsızlıqdan insan ölümünə səbəb olarsa, cəza 3-6 il, üç və ya daha çox ölüm olduğu halda isə 5-10 il azadlıqdan məhrumetmədir. Yasamal rayonunda baş verən və üç nəfərin həyatına son qoyan yanğın məhz maddənin ən ağır hissəsini aktuallaşdırır. İlkin versiyaya görə, obyekt sahiblərinin və məsul şəxslərin təhlükəsizlik qaydalarına əməl etməməsi bu faciəyə yol açıb”.
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Hadisəyə görə binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş TAXES GROUP MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev həbs edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar