Xəbər lenti
Jurnalistin maşınını vurdular - Sığorta zərəri ödəmir
Manevr.az publika.az-a istinadla xəbər verir ki, jurnalist BMV markalı, 77 KR 055 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü “Bakıxanov” stansiyasına doğru hərəkət edən zaman anidən köməkçi yoldan baş yola çıxan avtomobil tərəfindən vurulub.
Vazeh Bəhramoğlu avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün Meqa Sığorta ASC-yə müraciət edib. Amma şirkət ona dəymiş ziyandan xeyli aşağı məbləğ təklif edib:
“Dəymiş ziyanın dəyərləndirilməsi, yəni təklif edilən məbləğ heç bir halda məni qane etmədiyindən hadisəni ictimailəşdirmək məcburiyyətində qaldım.
Beləliklə, Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin müvafiq rəyindən sonra baş vermiş yol qəzasında günahım olmadığı təsdiq edildi. Bundan sonra zərərin qiymətləndirilməsi üçün Meqa Sığorta ASC tərəfindən Babək prospektində yerləşən “GM Baku Center” adlı avtoservisə müraciət etməyim məsləhət olundu. Adıçəkilən ünvana getdim, sığorta şirkətinin əməkdaşı bir neçə fotoşəkil çəkdi və 1-2 gün ərzində cavab veriləcəyini bildirdi.
Təbii ki, bu da qaneedici deyil. Çünki təklif olunan məbləğə BMV (F30) markalı avtomobilin ön farasını, ön buferini, fara yuyanını, qabaq sağ qanadını dəyişdirmək, həmçinin dəmirçi, rəngsaz və bufer ustasına zəhmət haqqı ödəmək mümkün deyil. Müraciət etdiyim digər avtoservis və ehtiyat hissələri satışı mağazası bundan xeyli artıq qiymət müəyyən edib – təxminən 2000 manat. Avtomobildən və təmir işlərindən başı çıxanlar da bunu təsdiqləyə bilər. Lakin şirkətin nümayəndəsi buna məhəl qoymadı və təklif etdikləri məbləğdə israr etdi”.
Jurnalist sonda qeyd etdi ki, bu məsələdə nəzarətedici, istehlakçıların hüquqlarının müdafiəçisi funksiyasını yetirə yetirən Mərkəzi Banka müraciət edəcək.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































