Xəbər lenti
Uşaqlarda musiqiyə maraq vərdişlərinin formalaşması
Adətən körpə dünyaya gələndən sonra valideynlər onlaları sakitləşdirmək və rahatlatmaq üçün beşik başında layla, oxşama və əzizləmə söyləyir, öz məhəbbətlərini musiqi ilə izhar edilər. Valideynlər həm də bu yolla öz sevgilərini göstərir və uşaqlarla ünsiyyət qurur. Uşağın lap erkən yaşlarından istifadə olunan musiqi onun formalaşmağında, sosial bacarıqlarının inkişafında mühüm rol oynayır və onların həyatında əhəmiyyətli yer tutur. Aparılan araşdırmalar göstərir ki, uşaqlıq dövründə musiqi dinləmək beynin inkişafını sürətləndirir, həmçinin hər hansı musiqi alətində ifa etməyi öyrənmək xüsusən onların yaradıcılıq bacarıqları, təxəyyül və təfəkkürünün inkişafına yardımçı olur.Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə Manevr.az saytına müsahibə verərəkən deyib: “Uşaqların kiçik yaşlarından musiqi bacarıqlarını formalaşdırmaq lazımdır. Uşaqların 5 yaşından musiqi alətlərini tanıması, 7 yaşından isə onu öyrənməsi və alətlərdə ifa edə bilməsi çox faydalıdır və onların gələcək inkişafında mühüm əhəmiyyətə malikdir. Bəzi valideynlər daha erkən yaşdan övladını musiqiyə yönləndirir, bu zaman uşaqlarda öyrənmə bacarığı formalaşmadığı üçün onlarda musiqi dərslərinə maraq yaranmır. Hətta elə ola bilir ki, onlarda musiqiyə sevgi yaranmır, uşaqlar sonrakı illərdə böyüsələr də, musiqi dərslərindən yan keçməyə başlayırlar:
Psixoloqun dediyinə görə, uşağın musiqi duyumunun olması vacib şərtdir: “Bəzən valideynlər uşağın musiqi duyumunun zəif olmasını qəbul edə bilmir və onu məcburi olaraq musiqiyə həvəsləndirməyə çalışırlar. Uşaqları məcburi şəkildə musiqiyə yönləndirilmək qətyyən düzgün deyil və onda özünün bacarıqsızlığına şübhə yaradır. Musiqi dərslərinə yazılmamışdan əvvəl şagirdin musiqi duyumu yoxlanılmalıdır. Valideyn musiqi müəlliminin fikirlərinə hörmətlə yanşmalıdır. Təəssüf ki, bəzən müəllim uşağın musiqi duyumu olmadığı halda valideynə onun musiqi aləti ifa edə biləcəyini vədini verir”.
Həmsöhbətimiz bildirib ki, musiqi duyumu olan uşaqları lap kiçik yaşlardan hiss etmək olur. Hətta erkən yaşından musiqi ilə ritm tutmaq, oynamaq, musiqili cizgi filmlərinə baxmaq və mahnıları zümzümə etmək və s. kimi davranışlar nümayiş etdirməsi onun bu sahədə qabiliyyəıtindən xəbər verir: “ Onu da qeyd etmək lazımdır ki, musiqi duyumu yüksək olan uşaqların yaradıcılıq qabiliyyəti də yüksək olur. Əgər uşağın musiqi qavramaq bacarığı zəifdirsə,onun hansısa alətdə ifa edə bilməyəcəyi fikrinə gəlmək yanlışdır. Məsələ burasındadır ki, onlar fərqli anlayışlar, bacarıqlardır. Hətta körpə ana bətnində olanda görmə, onda dadbilmə, qoxu funksiyası formalaşmasa da, səs refleksləri yaranır və ətrafdakı səsləri eşidir. Bununla da duyma, eşitmə duyğusu formalaşır. Ona görə də uşaqları musiqi ilə böyütmək, beşiyi başında layla söyləmək, musiqiyə maraq oytmaq, dinləmək və onlarda musiqi mədəniyyəti formalaşdırmaq onların gələcək həyatı üçün çox faydalıdır. Hər uşaq musiqi alətində ifa etməyi bacarmaya bilər, ancaq hər uşaq musiqi dinləməyi bacarmalıdır”, - deyə psixoloq bildirib.
Psixoloq deyib: «Musiqi uşaqların psixo-sosial inkişafı və məktəbə hazırlıq prosesində də mühüm əhəmiyyət kəsb edir, intellektual, sosial və emosional, motor, dil və yazib-oxuma bacarıqlarının inkişafına müsbət təsir göstərir. Bu isə bədənin və beynin birgə inkişafına sənbəb olur. Erkən inkişaf mərhələlərində uşaqlara musiqiyə qulq asması onlarda səs və sözlərin mənasını dərk etməyə, musiqi sədalrı altında rəqs etmək isə onların motor bacarıqlarının inkişafına kömək edir. Heç də təsadüfi deyil ki, son illərdə musiqi terapiyasından geniş istifadə olunur. Çünki, musiqi həm də motivasiyaedici amildir».Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































