Sizin Reklam Burada
Xəbər lenti
28-11-2025
27-11-2025
BÜTÜN XƏBƏRLƏR

Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞF

Tarix: 28-11-2025 21:20     Baxış: 416 A- / A+
Korluğun müalicəsi TAPILDI: inqilabi KƏŞFAlimlər ilk dəfə olaraq yaşla bağlı makulyar degenerasiya (yaşlı insanlarda korluğun əsas səbəblərindən biri) olan xəstələrdə görmənin bərpa olunduğunu bildiriblər. "Cell Stem Cell" jurnalında dərc olunan erkən klinik tədqiqat mərhələsində göstərilib ki, torlu qişanın altına kök hüceyrələrin köçürülməsi təkcə təhlükəsiz olmayıb, həm də bütün iştirakçılarda görməni yaxşılaşdırıb.

Araşdırmada xəstəliyin ağır mərhələsindən əziyyət çəkən 71–86 yaş arası altı nəfər iştirak edib.

Tədqiqatçılar hər bir xəstənin ən çox zədələnmiş gözünə 50 min ədəd kök hüceyrə yeridiblər. Bu hüceyrələr makulyar degenerasiya zamanı məhv olan torlu qişanın piqment epitel hüceyrələrinə çevrilə bilir. Tədqiqatın əsas məqsədi üsulun təhlükəsizliyini yoxlamaq idi, lakin nəticələr gözləniləndən daha yaxşı olub. Hüceyrələrlə bağlı heç bir fəsad qeydə alınmayıb və xəstələrdə görmə qabiliyyəti yaxşılaşıb.

Xüsusilə də ilkin görmə qabiliyyəti ən zəif olan üç iştirakçıda müşahidə olunan dəyişikliklər təsirli olub: bir ildən sonra onlar orta hesabla 21 hərf daha çox görə biliblər. Alimlər qeyd edirlər ki, xəstəliyin quru formasının gec mərhələsində olan pasiyentlərdə belə yaxşılaşma əvvəllər müşahidə edilməyib.

Hazırda tədqiqatçılar daha yüksək dozalı hüceyrələrlə sınaqları davam etdirirlər. Əgər təhlükəsizlik təsdiqlənsə, bu texnologiya mərkəzi görmənin itmə sürətini yalnız yavaşlatmaqla kifayətlənməyib, onu real şəkildə bərpa etməyə qadir ilk müalicənin əsasını qoya bilər. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar