Xəbər lenti
Qara dənizdə Rusiyaya məxsus gəmidə partlayış olub

Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.
İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan "KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.
Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlb edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.
"Yanğının səbəbi ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Lakin 25 nəfərlik heyətin hamısı sahil mühafizə və dəniz təhlükəsizliyi briqadaları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Əldə etdiyimiz ilkin məlumatlara görə, heyətin vəziyyəti yaxşıdır və hər hansı xəsarət faktı qeydə alınmayıb”, - Kocaeli valisi İlhami Aktaş bildirib. O həmçinin yanğının davam etdiyini deyib.
Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada, Rusiyanın Novorossiysk limanına gedən boş KAIROS tankerinin Türkiyə sahillərindən 28 mil aralıda xarici faktor səbəbindən alovlandığı, gəmidə olan 25 nəfərlik heyət üzvünün hamısı gəmidən təxliyə edildiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.
"Dənizçilərin təxliyəsi üçün bölgəyə xilasedicilər göndərilib, proses nəzarət altında saxlanılır”, - deyə açıqlamada qeyd olunub.
"Reuters" agentliyi isə gəminin batma təhlükəsinin olduğu haqda məlumat yayıb. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































