Xəbər lenti
Rəşad Mehdizadəyə yüksək vəzifə verildi

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Zəhmət oğlu Mehdizadə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinə direktor təyin olunub. Mərkəz aqrar sahədə təlim və informasiya-məsləhət xidmətləri göstərməklə əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaradır. Aqrar Təlim Mərkəzi Aparatdan və respublika üzrə fəaliyyət göstərən 8 Regional Təlim Mərkəzindən ibarətdir.
Qeyd edək ki, Rəşad Mehdizadə I Yüksəliş müsabiqəsinin finalçısı olub.
Xatırladaq ki, R.Mehdizadə 2018-ci ilin əvvəlində həmin vaxt yeni yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işə başlayıb. O, daha sonra yeni təyinata qədər agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb.
R.Mehdizadə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Türkiyənin Marmara Universitetində ictimaiyyətlə əlaqələr ixtisası üzrə magistr təhsilinə yiyələnib.
Aqrar Xidmətlər Agentliyin sədri Sərdar Hacıyevdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar