Xəbər lenti
Deputat seçicisini məhkəməyə verib - QALMAQAL

Xüsusi ittiham qaydasında məhkəməyə üz tutan Razi Nurullayev həmyerlisinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
İddia ərizəsində qeyd olunur ki, N.Şirinov deputatın özündən və xanımı Könül Ağayevanın şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatları yayıb.
Məsələ ilə bağlı danışan N.Şirinov deyib ki, bu iddiada heç bir əsas yoxdur.
O, bildirib ki, Razi Nurullayevə faktiki məxsus olan şirkət Laçın rayonundakı tikinti ilə məşğuıldur.
Bu şirkətdə çalışsa da, pullarını ala bilmir: “Mən də bu haqda danışmışam. Deputat Razi Nurullayevin qardaşları – Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə orada başqa heç bir şirkət yox idi. İşə başlayan vaxt heç normal texnika da yox idi, çox əziyyət çəkdik. Texnikanın edə biləcəyi hər işi əllərimizlə görürdük. İndi haqqımızı tələb etdiyimiz üçün bizi məhkəməyə verir”. gununsesi.info
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar