Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda özəl klinika rəhbəri arvadını güllələdi

Tarix: 16-07-2025 17:58     Baxış: 336 A- / A+
Bakıda özəl klinika rəhbəri arvadını güllələdi
Bakıda kişi arvadını güllələyib.
Manevr.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yasamal rayonunda qeydə alınıb.
38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına o tüfəngi ilə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Polis V.Kərimovu saxlayıb, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar