Xəbər lenti
Tanınmış vəkil həbsdə qaldı

Vəkil həmkarına qarşı təhqir və böhtanda ittiham olunaraq həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.
Manevr.az xəbər verir ki, bu barədə iddiaçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Adəm Məmmədov və qardaşına verilmiş cəza dəyişdiriləmədın saxlanılıb.Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 9 ay müddətinə islah işləri cəzası verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar