Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Okeanın dibində sensasiya: Robot batmış aviadaşıyıcıda qeyri-adi əşya aşkarladı

Tarix: 15-06-2025 09:04     Baxış: 341 A- / A+
Okeanın dibində sensasiya: Robot batmış aviadaşıyıcıda qeyri-adi əşya aşkarladı
Əfsanəvi "USS Yorktown" gəmisinin qalıqlarına edilən ekspedisiya zamanı tədqiqatçılar həm maraqlı tarixi fraqmentlərə, həm də gözlənilməz bir tapıntıya rast gəliblər - klassik avtomobil.
Manevr.az qaynarinfo-ya istinadla xəbər verir ki, Amerikanın məşhur "USS Yorktown" aviadaşıyıcısı 1942-ci ildə Miduey döyüşü zamanı batdıqdan sonra 80 ildən artıq müddətdə Sakit okeanın 5000 metr dərinliyində qalıb. İndi isə "Bild" yazır ki, alimlər ilk dəfə sualtı robotlar vasitəsilə gəminin içərisinə baxış keçirə biliblər və orada əsl tarixi sensasiya aşkar ediblər.
Tapıntı: 1940-cı illərə aid avtomobil
Gəminin arxa göyərtəsində sualtı araşdırma robotu "Deep Discoverer" 1940–1941-ci illərə aid "Ford Super Deluxe Woody" markalı klassik avtomobil aşkar edib. Ön lövhəsində "Ship Service_Navy" ("Donanma xidməti") yazısı aydın görünür. Bu avtomobilin kontr-admiral Frenk Cek Fleçer, kapitan Elliot Bakmaster və ya ekipajın digər üzvləri tərəfindən xarici limanlarda gəminin dayanacağı zamanı istifadə olunmuş ola biləcəyi ehtimal edilir.
"Bu, tamamilə gözlənilməz kəşfdir. İndiyə qədər batmış hərbi gəmilərdə buna bənzər heç nə görməmişdik", deyə deyə tədqiqatçılar bildirir.
Avtomobilin gəmidə olması bir çox suallar doğurur:
* Niyə Miduey döyüşündən əvvəl o, evakuasiya edilməmişdi?
* Gəmi zədələndikdən sonra təyyarələr və silahlarla birlikdə nə üçün suya atılmamışdı?
Digər tarixi izlər
Avtomobildən əlavə, tədqiqatçılar "USS Yorktown"un səyahətlərini əks etdirən 12x4 metr ölçüsündə böyük bir freska, eləcə də lift şaxtalarının yaxınlığında üç ədəd dalma bombardmançı təyyarənin və digər döyüş təyyarələrinin qalıqlarını da aşkar ediblər. Bu, Miduey döyüşündə iştirak edən aviasiyanın ilk sualtı sübutudur.
"USS Yorktown" haqqında
"USS Yorktown" ABŞ tərəfindən rəsmi olaraq "qeyri-adi əhəmiyyətə malik məkan" statusu alıb və onun araşdırılması "NOAA"nın (ABŞ Okean və Atmosfer İdarəsi) "Mavi dünya arxasında" layihəsinin tərkib hissəsidir. Aviadaşıyıcı Sakit okeandakı həlledici döyüşlərdən biri zamanı – ABŞ-ın qalib gəldiyi Miduey döyüşündə – Yaponiya sualtı qayığının torpedo hücumu nəticəsində batıb. İndi isə o, yalnız alimlərin çata bildiyi dərinliklərdə yeni hərbi-tarixi səhifələri üzə çıxarır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar