Sizin Reklam Burada
Xəbər lenti
13-02-2025
12-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident İlham Əliyev bir sıra sərəncamlarda dəyişiklik etdi

Tarix: 13-02-2025 15:57     Baxış: 324 A- / A+

Prezident İlham Əliyev bir sıra sərəncamlarda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri Əli Əhmədov Samir Şərifovla əvəz edilib.
Bundan başqa, Samir Şərifov Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri olub. Bundan əvvəl bu vəzifəni Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri icra edirdi.
Sözügedən komissiyaya Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.
Samir Şərifov bundan sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da sədri olacaq. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də bu komissiyanın tərkibinə daxil edilib.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibinə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri daxil edilib.
"Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri vəzifəsi Anar Axundova həvalə edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar