Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
BÜTÜN XƏBƏRLƏR

5 min müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır - təhsil ekspertindən AÇIQLAMA

Tarix: 13-02-2025 13:56     Baxış: 339 A- / A+
“Sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil. Bu proses həm müəllimin inkişafına xidmət edir, həm də müəllimlərin əməkhaqqına diferensial yanaşmadır”

Fəaliyyətinə xitam verilən müəllimlərin sonu nə olacaq? Bu sual indi çoxlarını düşündürür. Hətta minlərlə insanı. O səbəbdən ki, indiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq. 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək. Görəsən, bu sertifikasiya imtahanları neçə müəllimi işsiz qoyacaq? Bu gedişlə 10 min, bəlkə də, 20 min müəllimin işsiz qalacağını ehtimal etmək mümkündür. Onların taleyi necə olacaq bəs? Maraqlıdır ki, elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan keçməyən müəllimlər üçün “iynə ucu boyda” işıq yerinin qaldığını elan edib. Nazir bir müddət əvvəl qeyd etmişdi ki, sertifikasiyadan kəsilənlərin MİQ, yəni müəllimlərin işə qəbulu imtahanlarında iştirak səlahiyyəti əllərindən alınmır. Sertifikasiyada əsas məqsəd “keyfiyyətli” müəllimləri üzə çıxarmaq və əmək haqlarını artırmaqdır. Nazir deyib ki, sertifikasiya məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80 faizinin əməkhaqqısının artmasıdır: “Yəni bu proses 80 faiz müəllimə müsbət təsir edir. Ötənilki (2023) sertifikasiya imtahanından fərqli olaraq, bu il (2024-cü il) riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80 faizinin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35 faiz artacaq. Sertifikasiyanın bu tərəfini unutmaq lazım deyil”. Sertifikasiya imtahanında iştirak edən hər beş müəllimdən birinin kəsildiyini deyən E.Əmrullayev belə qeyd etmişdi: “Hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu, bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verir”. Nazirin sözlərinə görə, işinə xitam verilən sabiq müəllimlərin tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir. Sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarında iştirakı səlahiyyətləri onların əlindən alınmır: “MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverənlərə sertifikasiya imtahanında ona verilən iki şansda, eləcə də keçirilən təlimlər nəticəsində yenə də uğur qazanmırsa, 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq”. 


Peşəkar pedaqoq, uzun illər təhsil sahəsində çalışmış Nadir İsrafilov isə bu fikirdədir ki, bu qədər müəllimin imtahandan kəsilməsi təhsilimizə başucalığı gətirmir, lakin bunun əsaslı səbəbləri də var: 
- Sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil. Bu proses həm müəllimin inkişafına xidmət edir, həm də müəllimlərin əməkhaqqına diferensial yanaşmadır. Bütün müəllimlər eyni miqdarda əməkhaqqı ala bilməz. Sertifikasiyada müəllimlərin biliyi yoxlanılır və onlar inkişafları naminə hazırlaşmaları üçün daim nəzarətdə saxlanılırlar.

Ölkə üzrə 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində keçid balını toplamayıbsa, bu, əlbəttə, mənfi göstəricidir. Lakin bu məsələyə birmənalı yanaşma yoxdur. Bir qrup müəllim sertifikasiya imtahanlarının keçirilmə qaydasından narazıdır. Elə valideynlər də var, deyirlər ki, niyə uşağımıza savadsız müəllim dərs deməlidir? Uşağın gələcəyini korlayır və sair. Sertifikasiyadan kəsilmə müəllimlərdə narahatlıq yaradır. Burada təhlükəli bir şey görmürəm. İlk sertifikasiyadan keçməyən müəllimlər bir il ərzində hazırlaşıb növbəti dəfə təkrar sertifikatlaşdırmadan keçə bilər. Əgər ikinci sertifikasiyada da kənarda qalsalar, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək yenidən müəllim olmaq şansı qazana bilərlər. Bir müəllimə üç dəfə şans verilir. 5 min müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır. Bəlkə bunlar kolleci bitiriblər, ya təkmilləşdirmə kursları ilə ixtisas dəyişdiriblər, qeyri-pedaqoji sahənin adamları kurs bitirib müəllim olublar. Bunlar araşdırılmalıdır. Məsələyə psixoloji tərəfdən də yanaşmaq lazımdır; ola bilər ki, müəllim də imtahanda həyəcanlanıb. Bu əsas vermir ki, o, savadsız müəllimdir. Əgər özünəinamı varsa, təkrar hazırlaşıb müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilər. Sertifikasiya müəllimlərə şans verir ki, əməkhaqqı məsələsində fərqlənsinlər. Məktəb, pedaqoji mühitdə də bilikli, öz sahəsini, ixtisasını mükəmməl bilən müəllimlər seçilsin.  

P.S.
Sosial şəbəkədə “Müəllim ordusu” qrupunda isə müəllimlərin əmək müqaviləsinə xitam verilməsinin qanunazidd olduğu qeyd edilib. Qrupda yazanlar “Müəllim sertifikasiya imtahanından kəsilsə belə, müqaviləsinə xitam verilə bilməz. Əmək qanunvericiliyinə görə. Yəni həmin müəllimlərin bəziləri var ki, işdən azad edilməli deyildi. Hətta bəziləri məhkəməyə müraciət edərək işini bərpa edə bilib. Bu, hər kəsə aid deyil amma”, “Əmək qanunvericiliyinə ziddir, müəllimin işinə xitam vermək, əlavə kurslara cəlb edib təkmilləşdirə bilərlər və ya minimum saatla da olsa, məktəbdə saxlamalıdırlar. Əgər qanun Nazirliyin özü tərəfdən pozulursa, o zaman qanunun aliliyindən heç bir halda söhbət gedə bilməz”, qeydləri edərək xüsusi kateqoriyaya aid şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qanunla qadağan edildiyini bildiriblər. sherg.az

Manevr.az
  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar