Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
11-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ölçülərə birdə baxaq, ünvanları səhvdi, bəlkə - (şeir)

Tarix: 12-02-2025 22:12     Baxış: 324 A- / A+

                          Ayxan Hüseynli
                         AYB-nin üzvü


Ömrün ölçüsü
 
Çıxıb, hərdən göy üzünə,
Buludlarla baxışıram.
Sonra dönüb, yer üzünə,
Öz-özümə danışıram.
 
Deyirəm ki, əşyalar var,
İnsanlardan dəyərlidir.
Xəyallar var, 
Əşyalar tək bəzəklidir.
Qəribədir, 
Ölçülərdə çox fərqlidir,
Sevgi ölçü, dəyər ölçü,
olub indi...
Diqqətin də, qayğının da
qədəri var.
Ömür kimi...
Ya sevgidir, ömrü ölçən
Ya ömürdür, sevgidən kəm.
Mən bəlkə də, səhv bilirəm,
 
Ölçülərə birdə baxaq.
Ünvanları səhvdi, bəlkə
Bu hesablar, çox qarışır
Hesabı bilmirik, bəlkə
Ən yaxşısı, aldatmayaq özümü,
Ölçülərlə, doldurmayaq ömrümüzü...
 
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar