Xəbər lenti
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
![](/uploads/posts/2025-02/thumbs/rekla.jpg)
Manevr.az xəbər verir ki, jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.
“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” məqaləsi ilə açılır.
Baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elməri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir. Jurnalın məsul redaktoru Maral Poladovadır.
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Jurnalistika”, “Dilçilik”, “Sənətşünaslıq” və “Yubiley” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan və ingilis dillərindədir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Qeyd edək ki, jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://news.milli.az/media/2024/11/01/putin_tramp.jpg)
![](/uploads/posts/2025-02/ayxan-h.png)
![](/uploads/posts/2025-02/thumbs/rekla.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar