Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
11-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub

Tarix: 12-02-2025 22:04     Baxış: 319 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin növbəti sayı (2024, № 2) çap olunub. 
Manevr.az xəbər verir ki, jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq,  mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.
“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” məqaləsi ilə açılır. 
Baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elməri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir. Jurnalın məsul redaktoru Maral Poladovadır. 
“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Jurnalistika”, “Dilçilik”, “Sənətşünaslıq” və “Yubiley” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan və ingilis dillərindədir.
“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.
Qeyd edək ki, jurnalın təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasıdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.05.2019-cu ildə qeydiyyata alınıb. Jurnal 2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunub.


Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar